...

Azərbaycanda sabah üçün gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 2 Mart 2012 12:36 (UTC +04:00)
Martın 3-də ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda sabah üçün gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir İ.İsabalayeva/

Martın 3-də ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, martın 3-də Bakı və Abşeron yarımadasında gündüz hava əsasən yağmursuz olacaq. Gündüz arabir güclənən mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 2-dən 3-nə keçən gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti