...

Bakıda istirahət günü də qar yağacaq

Cəmiyyət Materials 10 Mart 2012 11:39 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında bazar günü də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bakıda istirahət günü də qar yağacaq

Azərbaycan, Bakı, 10 mart/ Trend müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında bazar günü də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bu barədə şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə məlumat veriblər.

Paytaxtda və yarımadada mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Həftənin son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ölkənin regionlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti