Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/
"Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın Baş Prokurorluğa daxil olmuş müraciəti müvafiq qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın internet məkanında "Azadlıq Radiosu"nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid videogörüntülər yayılıb.