...

Azərbaycanda 400 minə yaxın şagird asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində keçirir

Cəmiyyət Materials 21 Mart 2012 14:42 (UTC +04:00)
Hazırda Azərbaycanda 400 minə yaxın şagird asudə vaxtlarını respublikamızın 380 məktəbdənkənar təhsil müəssisəsində keçirir.
Azərbaycanda 400 minə yaxın şagird asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində keçirir

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda 400 minə yaxın şagird asudə vaxtlarını respublikamızın 380 məktəbdənkənar təhsil müəssisəsində keçirir.

Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda Təhsil Nazirliyi sistemində 159 uşaq-gənclər idman və şahmat məktəbi fəaliyyət göstərir.

Onlardan 83-ü uşaq-gənclər idman məktəbi, 9-u ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 63-ü uşaq-gənclər şahmat məktəbi, 3-ü ixisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi, 1-i uşaq-gənclər fiziki hazırlıq klubudur.

Ümumilikdə məktəbdənkənar müəssisələrdə təşkil olunan dərnəklərdə şagirdlərə müxtəlif sahələrə aid olan 100-dən çox dərnək təklif olunur. Onların 50-yə yaxını ekoloji sahələrə aiddir. Qalan dərnəklərdə texniki, ekoloji, turizm, şahmat, idman uşaq-bədii yaradıcılığı üzrə məşğələlər keçirilir. Uşaq-gənclər idman məktəblərində şagirdlərə 27 idman növü öyrədilir. Texniki yaradıcılıq üzrə olan dərnəklər gəmiqayırma, maşınqayırma, təyyarəqayırma, raketqayırma, xalçaçılıq və s. üzrə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti