...

Ağsu aşırımı istiqamətində yolun açılıb-açılmaması nə vaxt məlum olacaq?

Cəmiyyət Materials 28 Mart 2012 12:10 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu aşırımı istiqamətində yolun açılıb-açılmaması həftə sonu məlum olacaq.
Ağsu aşırımı istiqamətində yolun açılıb-açılmaması nə vaxt məlum olacaq?

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu aşırımı istiqamətində yolun açılıb-açılmaması həftə sonu məlum olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov Trend-ə bildirib ki, magistral yolda baş vermiş sürüşmə ilə əlaqədar yaranmış vəziyyət Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçirilən müşavirədə müzakirə olunub.

Qaralov deyib ki, həmin yolda geoloji təhqiqatların nəticəsindən sonra yolun açılıb-açılmaması barədə qərar veriləcək.

Ekspedisiyanın rəisi bildirib ki, həftənin cümə günü nazirliyin mütəxəssisləri həmin yola baxış keçirəcəklər.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, yol tamamilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti