...

Vəkilliyə qəbul olunmuş namizədlər and içəcəklər

Cəmiyyət Materials 30 Mart 2012 09:53 (UTC +04:00)
Azərbaycanda vəkilliyə qəbulla bağlı müsabiqədə uğur qazanmış namizədlərin gələn ay Vəkillər Kollegiyasına üzvlüyə qəbulu başlayacaq.
Vəkilliyə qəbul olunmuş namizədlər and içəcəklər

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəkilliyə qəbulla bağlı müsabiqədə uğur qazanmış namizədlərin gələn ay Vəkillər Kollegiyasına üzvlüyə qəbulu başlayacaq.

Vəkillər Kollegiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, vəkilliyə qəbul üçün keçirilən imtahanlarda uğur qazanmış 124 nəfər hüquqşünas Kollegiyanın Rəyasət Heyətində and içəcək və üzvlüyə qəbul olunacaqlar.

Kollegiya üzvlüyünə qəbul aprelin 2-də başlayacaq və mayın 7-dək mərhələlərlə davam edəcək.

Üzvlüyə qəbul olunmuş namizədlərə vəkillik vəsiqəsi və geyimi veriləcək.

Xatırladaq ki, vəkilliyə qəbulla bağlı keçirilmiş test imtahanında 177 nəfər namizəddən 130 nəfəri lazımi nəticə toplayaraq vəkilliyə qəbul olunub.

Onlardan 124 nəfəri isə söhbət mərhələsində uğur qazanaraq Ədliyyə Akademiyasında 1 aylıq tədris kursu keçiblər.

Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Hazırda ölkədə 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti