...

"Azəriqaz" İB əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

Cəmiyyət Materials 4 Aprel 2012 15:59 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
"Azəriqaz" İB əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

Azərbaycan, Bakı, 4 aprel /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

"Son illər respublikamızın demək olar ki, bütün bölgələrində yeni-yeni yaşayış və iaşə obyektləri tikilir, köhnə yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılır. Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, köhnə binalarda aparılan yenidənqurma və təmir-bərpa işləri zamanı dam örtüklərinin konstruktiv elementlərinin tikintisində kobud səhvlərə yol verilir. Belə ki, bəzən binalarda mövcud olan tüstü bacaları və havadəyişmə boruları tutulur və ya yeni qurulmuş dam örtüyünün altında normal atmosfer havasından təcrid olunmuş vəziyyətdə saxlanılır, bəzi hallarda isə normativ-terxniki tələblərə riayət olunmadan dam örtüklərindən bayıra çıxarılır", - Trend-in məlumatına görə, çərşənbə günü İB-nin yaydığı məlumatda deyilir.

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən vaxtaşırı olaraq qaz xətlərinə, onlar üzərindəki avadanlıqlara, tüstü bacalarına və havalandırma sistemlərinə texniki baxışlar keçirilsə də, bəzi istehlakçılar tərəfindən təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi arzuolunmaz hadisələrə səbəb olur. Birlik tərəfindən istehlakçıların təlimatlandırılması istiqamətində genişmiqyaslı tədbirlər görülür. Əhali ilə söhbətlərdə xüsusi vurğulanır ki, normativ-terxniki tələblərə əsasən, tüstü bacaları damın yalından 1,5 metrdən artıq olmayan məsafədə 0,5 metr hündürlükdə, 1,5 metr məsafədən 3 metrə qədər məsafədə eyni səviyyədə quraşdırılmalı, 3 metrdən artıq məsafədə isə hündürlük 100 dərəcəli bucaq altında çəkilən xətdən alçaq olmamalıdır.

Normativ-texniki tələblərin pozulması halları son nəticədə təbii qazın tam yanma və sovurma proseslərinə maneə törədir ki, bu da yanma məhsullarının, o cümlədən insan sağlamlığı üçün təhlükəli olan dəm qazının mənzilə yayılmasına şərait yaradır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Azəriqaz" İB bina sahibləri və təmir-tikinti müəssisələrinin rəhbərlərini "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın tələblərinə ciddi riayət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti