...

Türkmənistanın Azərbaycandakı səfirliyi gənc rəssamlar arasında müsabiqə keçirir

Cəmiyyət Materials 9 Aprel 2012 13:56 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfirliyi Azərbaycan Təhsil Nazirliyinin Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı ilə birlikdə iki respublika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə respublika müsabiqəsi keçirir.
Türkmənistanın Azərbaycandakı səfirliyi gənc rəssamlar arasında müsabiqə keçirir

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Türkmənistanın Azərbaycandakı səfirliyi Azərbaycan Təhsil Nazirliyinin Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı ilə birlikdə iki respublika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə respublika müsabiqəsi keçirir.

"Türkmənistan-Azərbaycan münasibətləri - dostluq və qardaşlığın nümunəsi" mövzusundakı müsabiqə üç yaş - 3-6 yaş, 7-10 yaş və 11-16 yaş kateqoriyasında keçirilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkmənistanın Azərbaycandakı səfirliyindən verilən məlumatda deyilir.

İşlər aprelin 5-dən mayın 25-dək Bakı şəhəri, 28 May küçəsi, 21 ünvanında "Uşaq dünyası" qalereyasında yerləşən Təşkilat Komitəsində qəbul ediləcək.

Müsabiqədə iştirak etmək üçün A2 və A3 formatında ikidən artıq olmayan şəkil təqdim etmək lazımdır. Müsabiqə iştirakçılarının əlaqə nömrələri və məlumatları şəkillərin arxa hissəsində qeyd edilməlidir.

Müsabiqə qalibləri Türkmənistanın Azərbaycandakı səfirliyi və sponsor təşkilatlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Azərbaycanın tanınmış rəssamlarından ibarət jüri hər yaş kateqriyasından üç qalibi, habelə bir ən yaxşı işi müəyyənləşdirəcək.

Qaliblərin mükafatlandırma mərasimi iyunun 9-da sərginin açılması zamanı keçiriləcək.

Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar: +99412 4981552 (təşkilat komitəsi), +99412 4981553 (təşkilat komitəsinin rəhbərliyi), +99412 5963527 (Türkmənistan səfirliyi).

Xəbər lenti

Xəbər lenti