...

Sabah Azərbaycanda yağmursuz və isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 10 Aprel 2012 11:27 (UTC +04:00)
Sabah Azərbaycanda yağmursuz və isti hava şəraiti davam edəcək.
Sabah Azərbaycanda yağmursuz və isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda yağmursuz və isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, aprelin 11-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Aprelin 11-12-də respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləklərinin üstünlük təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti