...

AMEA-ya həqiqi və müxbir üzvlüyə seçkilərin tarixi müəyyənləşib

Cəmiyyət Materials 24 Aprel 2012 11:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi və müxbir üzvlüyə seçkilər iyunda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə AMEA prezidenti Mahmud Kərimov deyib.
AMEA-ya həqiqi və müxbir üzvlüyə seçkilərin tarixi müəyyənləşib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi və müxbir üzvlüyə seçkilər iyunda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə AMEA prezidenti Mahmud Kərimov deyib.

Kərimov bildirib ki, artıq seçkidə iştirak edəcək namizədlərin sənədləri qəbul olunur. Bu günlərdə sənədlərin ekspertizasına başlanılacaq və hər bir namizəd haqqında rəy formalaşacaq.

Onun sözlərinə görə, bu gün AMEA-nın bir neçə institutunun direktoru vəzifəsi vakantdır.

"AMEA-nın illik yığıncağı və həqiqi və müxbir üzvlüyə seçkilər keçirildikdən sonra bu məsələyə baxılacaq. Bu ilin sonunadək bütün vakant direktor vəzifələri tutulacaq", - Kərimov deyib.

Xəbər lenti

Xəbər lenti