...

Azərbaycanda tütünə qarşı mübarizə ilə bağlı fofomüsabiqə elan edilib

Cəmiyyət Materials 25 Aprel 2012 10:19 (UTC +04:00)
Azərbaycanda "Tütünsüz həyat: sən özün yarat!" fofomüsabiqəsi elan edilib.
Azərbaycanda tütünə qarşı mübarizə ilə bağlı fofomüsabiqə elan edilib

Azərbaycan, Bakı, 25 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda "Tütünsüz həyat: sən özün yarat!" fofomüsabiqəsi elan edilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqə 31 may - Ümumdünya Tütünsüz Gününə həsr olunub. Müsabiqədə peşəkarlar və həvəskarlar iştirak edə bilərlər.

Təqdim olunacaq fotoşəkillərdə tütünə qarşı mübarizənin zəruriliyi, tütünçəkmənin və tütün tüstüsünün təsirinin zərərləri ilə bağlı məsələlər öz əksini tapmalıdır. Müsabiqəyə təqdim olunacaq fotoşəkillər mayın 24-dək JPG formatda, 1-4Mb həcmində İSİM-in [email protected] elektron ünvanına göndərilməlidir.

Müsabiqə qalibləri mayın 31-də mükafatlandırılacaqlar.

Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən seçiləcək.

Müsabiqəyə təqdim olunan seçilmiş fotoşəkillər mayın 25-də İSİM-in Facebook səhifəsində yerləşdiriləcək və mayın 30-da saat 12:00-dək ən çox səs yığan fotoşəkilin müəllifi xüsusi hədiyyə ilə təltif ediləcək.

Xəbər lenti

Xəbər lenti