Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/
Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 6-da bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
İstirahət günü Azərbaycanın əksər ərazilərində yağış yağacaq
Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.