Azərbaycan, Bakı, 31 may /Trend/
Yerevanın Erebuni və Nubaraşen inzibati dairələrinin ümumi yurisdiksiyasının məhkəməsi cümə axşamı Ermənistan vətəndaşını iki rusiyalı hərbçini qətlə yetirmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.
2010-cu il oktyabrın 23-nə keçən gecə Rusiyanın "N" saylı hərbi hissəsinin ərazisində müqavilə əsasında xidmət göstərən praporşiklər Artur Enokyan və Armen Zaxaryanın cəsədləri tapılıb. Cəsədlərin üzərində çoxsaylı bıçaq yaralarının izi olub. Mövcud fakt üzrə cinayət işi qaldırılıb. Bir müddət sonra məlumat verilib ki, qətldə şübhəli bilindiyinə görə Ermənistan vətəndaşı saxlanılıb.
"İş üzrə saxlanılan Yerevan sakini Mixail Başçkov ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib", - məlumatda deyilir.