...

Azərbaycanda rezidenturaya qəbul planı açıqlanıb

Cəmiyyət Materials 12 İyun 2012 15:29 (UTC +04:00)
2012/2013-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün ayrılmış plan yerlərinin sayı açıqlanıb.
Azərbaycanda rezidenturaya qəbul planı açıqlanıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

2012/2013-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün ayrılmış plan yerlərinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, növbəti tədris ili üçün plan yerlərinin sayı 60 faizdən çox artırılıb. Ötən il rezidenturada təhsil almaq istəyənlər üçün 300-dən çox yer ayrılmışdı. Bu il isə həmin yerlərin sayı 500-dən çoxdur.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza, ikinci mərhələdə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Qeyd edək ki, ki, bu il Azərbaycanda rezidenturaya ikinci dəfə qəbul imtahanı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti