...

Həftənin iş günü Azərbaycanda hava necə olacaq?

Cəmiyyət Materials 24 İyun 2012 17:14 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Həftənin iş günü Azərbaycanda hava necə olacaq?

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Həftənin ilk iş günü Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrimeteorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Azərbaycanın əksər ərazilərində hava gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti