...

Abid Şərifov: Daşqın baş verən rayonlarda 1500-dən çox evin bərpa-gücləndirilmə işlərinə vəsait ayrılıb

Cəmiyyət Materials 5 İyul 2012 12:07 (UTC +04:00)
Azərbaycanda Kür çayı ətrafı daşqın baş verən rayonlarda 1500-dən çox evin bərpa-gücləndirilmə işlərinə vəsait ayrılıb.
Abid Şərifov: Daşqın baş verən rayonlarda 1500-dən çox evin bərpa-gücləndirilmə işlərinə vəsait ayrılıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Kür çayı ətrafı daşqın baş verən rayonlarda 1500-dən çox evin bərpa-gücləndirilmə işlərinə vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, yaxınlarda bu məsələ həll olunub və bir ay ərzində oradakı vətəndaşlara Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin vəsait ödəniləcək.

"Eyni zamanda, 700-dən çox evin tikilməsinə də vəsait ayrılıb və hesab edirəm ki, bu ərazidə müvafiq layihələr davamlı şəkildə həyata keçiriləcək", - Şərifov deyib.

Xəbər lenti

Xəbər lenti