Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirəcək.
Mərkəzdən cümə günü Trend-ə verilən məlumata görə, təlimlər 16-20 iyul tarixlərində şəkərli diabet xəstələri üçün və 23-27 iyul tarixlərində risk qrupuna aid əhali üçün keçiriləcək.
Təlim zamanı şəkərli diabet haqqında məlumat veriləcək, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar əldə olunacaq.