Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
İyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.