...

Bakıda tunel tipli yol qovşağının tikintisi davam edir (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2012 15:35 (UTC +04:00)
Ziya Bünyadov prospekti ilə Böyük Şor qovşağının kəsişməsində tunel tipli yol qovşağının tikintisi davam edir.
Bakıda tunel tipli yol qovşağının tikintisi davam edir (FOTO)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Ziya Bünyadov prospekti ilə Böyük Şor küçəsinin kəsişməsində tunel tipli yol qovşağının tikintisi davam edir.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, inşasına 2011-ci ilin iyul ayından başlanılan tunelin ümumi uzunluğu 610 metr, qapalı boyu 140 metr, eni isə 26,5 metr olacaq. 3 gediş, 3 gəlişdən ibarət olacaq tunelin hündürlüyü 5,5 metr təşkil edəcək. Tunelin keçdiyi ərazidə elektrik, rabitə, kanalizasiya xətləri köçürülüb. Hazırda qaz xəttinin köçürülməsi işlərinə başlanılıb.

Tikinti işlərinə gəlincə, svayların vurulması və eyni zamanda tunelin qapalı hissəsində aşırım tirlərinin montajı həyata keçirilir.

2013-cü ildə tunelin tam şəkildə istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti