...

Azərbaycan sinoptikləri meteohəssas insanları diqqətli olmağa çağırıb

Cəmiyyət Materials 10 Sentyabr 2012 13:05 (UTC +04:00)
Azərbaycan sinoptikləri meteohəssas insanları diqqətli olmağa çağırıb.
Azərbaycan sinoptikləri meteohəssas insanları diqqətli olmağa çağırıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri meteohəssas insanları diqqətli olmağa çağırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, sentyabrın 10-u axşam və 11-də hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 15-17, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2 dərəcəyədək aşağı enəcəyi, 21-22 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sentyabrın 11-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti