...

Azərbaycanda hərbi qulluqçular istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya alacaq

Cəmiyyət Materials 1 Oktyabr 2012 14:47 (UTC +04:00)
Trend-in Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hökumət bununla bağlı qanunvericiliyə dəyişiklik edib.
Azərbaycanda hərbi qulluqçular istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya alacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödəniləcək.

Trend-in Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hökumət bununla bağlı qanunvericiliyə dəyişiklik edib.

Qərara görə, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti