...

Qubada yeni körpünün svay işləri başa çatmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2012 11:39 (UTC +04:00)
Quba rayonu ərazisində Qudyalçay üzərində yeni 5 aşırımlı körpüdə svay işlərinin təxminən 85 faizi görülüb, 5 dayağın tikintisi başa çatdırılıb.
Qubada yeni körpünün svay işləri başa çatmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Quba rayonu ərazisində Qudyalçay üzərində yeni 5 aşırımlı körpüdə svay işlərinin təxminən 85 faizi görülüb, 5 dayağın tikintisi başa çatdırılıb.

Trend-in "Azeryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, körpünün uzunluğu 128 m, qabariti 11,5 m, piyadalar üçün nəzərdə tutulan gediş-gəliş hissəsinin eni isə 1 m olacaq.

Hazırda körpüyə giriş-çıxış yollarında torpaq işləri və dəmir-beton tirlərin quraşdırılmasına hazırlıq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti