...

Azərbaycanda sabah yağış yağacaq, külək güclənəcək

Cəmiyyət Materials 11 Oktyabr 2012 13:47 (UTC +04:00)
Azərbaycanda sabah yağış yağacaq, külək güclənəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda sabah yağış yağacaq, külək güclənəcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sabah yağış yağacaq, külək güclənəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında yağış yağacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27, axşam 20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 12-də sutka ərzində atmosfer təzyiqinin təzadlı dəyişməsi nəticəsində gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması, güclü küləyin oktybarın 13-ü axşamadək davam etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, ayın 14-də biometeoroloji amillərin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti