...

İranda Azərbaycan mədəniyyət günləri keçiriləcək (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2012 23:30 (UTC +04:00)
2013–cü ildə Novruz bayramından sonra İranda Azərbaycanın mədəniyyət günləri keçirəcək.
İranda Azərbaycan mədəniyyət günləri keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir T.Cəfərov/

2013-cü ildə Novruz bayramından sonra İranda Azərbaycanın mədəniyyət günləri keçirəcək. Bu barədə bazar ertəsi Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseynin görüşündə razılıq əldə olunub. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin müşaviri Seyid Məhəmmədəli Şəmsipur deyib.

Şəmsipurun sözlərinə görə, nazirlər razılaşıblar ki, Azərbaycanın İranda keçiriləcək mədəniyyət günləri Tehran şəhəri ilə yanaşı həmdə İsfahan, Şiraz və Ərdəbil şəhərlərindədə keçirilsin.

"Mədəniyyət günlərinin 7 gündən 10 günə kimi artırılması və hər il növbə ilə İranda və Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub", - Şəmsipur deyib.

Səfirliyinin müşaviri əlavə edib ki, Azərbaycanda da İranın mədəniyyət günlərinin Bakı şəhəri ilə yanaşı həmdə Şəki, Mingəçevir və ya digər böyük şəhərlərdə də keçirilməsi haqda nazirlər razılıq əldə ediblər.

Şəmsipurun sözlərinə görə, bundan başqa nazirlər İran və Azərbaycan kinomatoqrafçılarının müştərək filmlərin istehsalı sahəsində əməkdaşlıq etmək, İran film və seriallarının Azərbaycan televiziyalarında yayımlanması və sair bu kimi məsələləri müzakirə ediblər.

Səfirliyinin müşaviri deyib ki, yaxın üç -dörd ay ərzində Azərbaycana İran film günlərinin keçirilməsi haqda da razılıq əldə olunub.

"2013 -cü illin əvvəlində İranda "tibbi turizm" mövzusunda beynəlxalq konfrans keçiriləcək və Azərbaycanın mədəniyyət və turizm nazirinin turizm məsələləri üzrə müavini İrana səfər edəcək və Tehranda iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafına dair müzakirələr aparacaq", Şəmsipur söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti