...

ADPU fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin binasının onlara verilməsini şayiə adlandırıb

Cəmiyyət Materials 19 Oktyabr 2012 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binasının onların balansına verilməsi ilə bağlı məlumatları təkzib edib.

ADPU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov cümə günü Trend-ə deyib ki, bəzi KİV-lər ABU-nun binasının onlara verilməsi və dərslərin bir hissəsinin bundan sonra orada keçirilməsi ilə bağlı məlumat yayıblar.

"Ancaq bu məlumatlar doğru deyil və şayiədir. Ümumiyyətlə, bu məsələ heç vaxt müzakirə edilməyib", - İbrahimov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti