...

Gəncədə yeraltı muzey yaradılacaq

Cəmiyyət Materials 31 Oktyabr 2012 16:01 (UTC +04:00)
Trend çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, Gəncənin Heydər Əliyev prospektində qazıntı işləri aparılarkən təsadüfən vaxtilə mövcud olmuş yeraltı fayton yolları aşkarlanıb.
Gəncədə yeraltı muzey yaradılacaq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Gəncə şəhərində yeraltı muzeyin yaradılması nəzərdə tutulur.

Trend çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, Gəncənin Heydər Əliyev prospektində qazıntı işləri aparılarkən təsadüfən vaxtilə mövcud olmuş yeraltı fayton yolları aşkarlanıb. Artıq tarixçilər AMEA ilə birlikdə tədqiqat işlərinə başlayıblar.

Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra Gəncədə yeraltı muzeyin yaradılması nəzərdə tutulub.

Yeraltı fayton yollarının çəkilməsinin məqsədi müharibələr zamanı şəhər əhalisinin həmin yeraltı yerlərdə sığınması ilə bərabər, onların faytonlarla təhlükəsiz yerlərə getməsini təmin etmək olub.

Araşdırmalar zamanı məlum olub ki, bu yollar Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə Şərqin görkəmli şairi, ilahiyyatçısı və memarı Şeyx Bahəddin Məhəmməd tərəfindən inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti