...

Bakının şimal çıxışında yollar genişləndirilir

Cəmiyyət Materials 12 Noyabr 2012 13:15 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakının şimal çıxışında yolun genişləndirilməsi üzrə işlərə başlayıb.
Bakının şimal çıxışında yollar genişləndirilir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakının şimal çıxışında yolun genişləndirilməsi üzrə işlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Eləcə də yolun genişləndirilməsi üzrə (3-4 metr) işlər "Şamaxinka" adlandırılan ərazisində yerləşən tunelin üst hissəsində - "20 Yanvar" dairəsindən Sumqayıta tərəf gedən yolda aparılır.

Yolun genişləndirilməsi ilə əlaqədar burada iki yerdə dönmə əməliyyatının dəyişdirilməsi planlaşdırılır.

"Həmin ərazidə nəzərdə tutulan işlər tıxacların yaranmasının qarşısını almaq məqsədilə aparılır", - Mürsəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti