Azərbaycan, Bakı, 14 noyabr / Trend, müxbir M.Əliyev/
Azərbaycandakı katolik icması öz fəaliyyətində heç bir maneə ilə rastlaşmır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə icmanın, Azərbaycandakı Roma katolik kilsəsinin rəhbəri, ordinarı Vladimir Fekete bildirib.
Onun sözlərinə görə, katolik icması Azərbaycanda ən kiçik icmalardan biridir. İcmanın 500 nəfərə yaxın üzvü var. Onların arasında əcnəbi vətəndaşlar və yerli sakinlər var.
"Hakimiyyət, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bizim fəaliyyətimizi dəstəkləyir. Bizim Azərbaycanda fəaliyyət göstərən başqa dini icmalarla yaxşı münasibətlərimiz var", - Fekete qeyd edib.