...

İnsan Hüquqları İnstitutu: Azərbaycanda dini təriqətlər humanitar yardım göstərmək adı ilə insanları cəlb edirlər

Cəmiyyət Materials 14 Noyabr 2012 10:36 (UTC +04:00)
Maddi imkana sahib olan dini təriqətlər təşkilatlara və fərdi şəxslərə humanitar yardım göstərmək adı ilə, əsasən gənclərə arxayın olaraq, öz sıralarına Azərbaycan vətəndaşlarını cəlb etmək üçün aktiv iş görürlər.
İnsan Hüquqları İnstitutu: Azərbaycanda dini təriqətlər humanitar yardım göstərmək adı ilə insanları cəlb edirlər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Maddi imkana sahib olan dini təriqətlər təşkilatlara və fərdi şəxslərə humanitar yardım göstərmək adı ilə, əsasən gənclərə arxayın olaraq, öz sıralarına Azərbaycan vətəndaşlarını cəlb etmək üçün aktiv iş görürlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər" mövzusunda beynəlxalq konfransda İnstitutun direktoru, deputat Aytən Mustafayeva bildirib.

"Azərbaycanda yüzlərcə təriqət qeydə alınıb. Onların arasında dinc, zərərsiz təriqətlər mövcud olsa da, millətin genofonduna, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edənlər də az deyil", - millət vəkili deyib.

Mustafayeva bildirib ki, din adı altında bu cür təşkilatların xarici nümayəndələri ölkənin strateji vəziyyətini müəyyən edən proseslər haqqında ictimai-siyasi, iqtisadi, hərbi və digər məlumatları toplamaq imkanı verən strukturlar yaradırlar.

İnstitut direktoru qeyd edib ki, milli təhlükəsizlik haqqında Azərbaycan doktrinasında destruktiv təriqətçiliyə və xarici missionerlərə milli təhlükəsizliyə potensial təhlükə kimi xüsusi diqqət yetirilməlidir.

Mustafayeva destruktiv və dini törəmələrdən irəli gələn təhlükələri nəzərə alaraq, onların qeydiyyat qaydalarını sərtləşdirməyin və bu qurumların ölkənin gənc nəslinə təsirinin hədə yaradan məqamlarına daha ciddi yanaşmağın zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti