...

Azərbaycana daha çox qonşu ölkələrdən turist gəlir

Cəmiyyət Materials 16 Noyabr 2012 11:59 (UTC +04:00)
Azərbaycana daha çox 4 qonşu ölkədən - Rusiya, Gürcüstan, Türkiyə və İrandan turist gəlir.
Azərbaycana daha çox qonşu ölkələrdən turist gəlir

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana daha çox 4 qonşu ölkədən - Rusiya, Gürcüstan, Türkiyə və İrandan turist gəlir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov cümə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycandan gedən tutistlər daha cox Türkiyə, Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri), Rusiya və Gürcüstana səfər edirlər.

Nazir müavini deyib ki, 2011-ci ildə Azərbaycana 2 milyon 239 min nəfər insan gəlib. Azərbaycandan xaricə gedənlərin sayı 3 milyon 500 min nəfər olub.

"2011-ci ilin statistik göstəricisi 2010-cu illə müqayisə edildikdə 14 faiz artım müşahidə olunub. Bu ilin ilk 6 ayının statistikası da onu göstərir ki, yarım il ərzində 7 faiz artım baş verib", - Səmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti