...

Fazil Mustafa: Azərbaycanda dini məktəblərin açılması mümkün deyil

Cəmiyyət Materials 16 Noyabr 2012 16:44 (UTC +04:00)
Azərbaycan reallığında bu gün dini məktəblərin açılması mümkün deyil, lakin bunu başqa formada təşkil etmək olar. Bu barədə Trend-ə deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mutafa bildirib.
Fazil Mustafa: Azərbaycanda dini məktəblərin açılması mümkün deyil

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan reallığında bu gün dini məktəblərin açılması mümkün deyil, lakin bunu başqa formada təşkil etmək olar. Bu barədə Trend-ə deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mutafa bildirib.

"Azərbaycan reallığında dini məktəblərin yaradılması mümkün deyil. Belə məktəblər açılsa, hansısa xarici dövlətlər onları maliyyələşdirərək istədikləri adamları yetişdirə bilərlər ki, bu da bizim maraqlarımıza ziddir", - o deyib.

Deputat qeyd edib ki, Türkiyə təcrübəsində belə məktəblərin açılmasını camaat maliyyələşdirir: "Azərbaycan qanunvericiliyinə görə isə belə məktəblər Təhsil Nazirliyindən qeydiyyatdan keçməlidir ki, bu da çox çətin məsələdir".

Mustafa çıxış yolu kimi mövcud olan məktəblərdə dini tədrisin tətbiq olunmasını görür.

"Orta məktəb nəzdində din dərslərinin tətbiq olunmasından, artırılmasından başqa yol qalmır", - millət vəkili deyib.

Xatırladaq ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva dini dərslərin tədris olunmasını, qız şagirdlərin dərslərə hicabda getməsi üçün dini məktəblərin yaradılmasını təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti