...

Ermənistanda Sibir xorasına yoluxmaqda şübhəli bilinənlər xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 16 Noyabr 2012 17:53 (UTC +04:00)
Ermənistanda Sibir xorasına yoluxmaqda şübhəli bilinən 5 nəfər xəstəxanaya yerləşdirilib.
Ermənistanda Sibir xorasına yoluxmaqda şübhəli bilinənlər xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Ermənistanda Sibir xorasına yoluxmaqda şübhəli bilinən 5 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin Səhiyyə Nazirliyi Sibir xorası ilə mübarizədə antiepidemioloji və profilaktik tədbirlər görməkdə davam edir.

Aparılan yoxlamalar nəticəsində Sibir xorasına yoluxmaqda şübhəli bilinən 5 nəfər Martuni xəstəxanasının infeksiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxş hesab edilir, yaxşılığa doğru müsbət irəliləyiş var.

Səhiyyə Nazirliyinin məlumatına görə, epidemioloji vəziyyət nəzarət altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti