...

Misir Mərdanov müəllimlər üçün fənn kurrikulumları üzrə keçirilən təlimlərdə ortaya çıxan catışmazlıqları göstərib

Cəmiyyət Materials 17 Noyabr 2012 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.isabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov müəllimlər üçün fənn kurrikulumları üzrə keçirilən təlimlərin təşkili ilə bağlı ortaya çıxan catışmazlıqları sadalayıb.

Trend-in məlumatına görə, Misir Mərdanov 2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələrinə hərs olunan kollegiya iclasdında bildirib ki, təlim materiallarında müəllimlərin çoxu nəzəri biliklər əldə edirlər. Təlim materialları yalnız Azərbaycan dilində hazırlanır. Bu isə rus bölməsi üzrə dərs deyən müəllimlər üçün çətinliklər yaradır. Rayonların bəzilərində təlim mərkəzləri düzgün seçilmir. Təlim avadanlıqları köhnə və 20-25 nəfərin işləyə biləcəyi otaqda yerləşdirilir.

Mərdanov deyib ki, təlim kurslarını yalnız yay aylarında keçirməyə məcburdular. Ancaq təlim keçirilən yerlərdə kondisionerin olmaması iştirakçılar üçün ciddi çətinliklər yaradır. Nazir gələcəkdə sadalanan bütün bu amillərin nəzərə alınmasını vacib sayıb.

O qeyd edib ki, hazırda təlim kursları Dünya Bankının layihəsi çərçivəsində aparılır. Layihənin şərtlərinə uyğun olaraq, bu işə yalnız qeyri-hökumət təşkilatları cəlb edilir.

Nazirin sözlərinə görə, bu layihə gələn il başa çatacaq. Buna görə də 2014-cü ildən müəllimlər üçün treninqlərin keçirilməsinə dövlət strukturları da cəlb edilə biləcək. Ancaq Mərdanov bu işin də mütləq şəkildə tender yolu ilə keçiriləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti