...

Azərbaycanın ali təhsil müəssisələri əlavə dəyər vergisindən azad oluna bilər

Cəmiyyət Materials 20 Dekabr 2012 10:57 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunur.
Azərbaycanın ali təhsil müəssisələri əlavə dəyər vergisindən azad oluna bilər

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ali məktəblər üçün ƏDV-nin tətbiq edilməməsi yaxşı olar.

"Mən də arzu edirəm ki, belə bir qanun qəbul olunsun. Bu, ali təhsil müəssisələrinin əlavə imkanlarını daha da artırar", - Mərdanov deyib.

Nazir bu yeniliyin özəl universitetlərə şamil olunub-olunmayacağının layihənin hazırlanmasında iştirak edənlər tərəfindən müəyyənləşdiriləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti