...

Azərbaycan Türkiyədə mülki aviasiya təlimlərində iştirak edib

Cəmiyyət Materials 20 Dekabr 2012 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Tağıyeva/

Dekabrın 10-14-də Türkiyənin İstanbul şəhərində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tunis, Moldova, İran, Mərakeş və Əfqanıstanın aviasiya işçilərinin iştirakı ilə mülki aviasiya təlimləri keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Air News Times" onlayn jurnalı xəbər verir.

Təlimlərdə mülki aviasiyanın 20-dən çox əməkdaşı iştirak edib.

Təlimlərin əsas mövzusu əlverişsiz hava şəraitində uçuşlar olub. Təlimlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının nümayəndələrinin müşahidəsi altında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti