...

“Təmiz Şəhər” ASC maarifləndirmə tədbirlərini davam etdirir

Cəmiyyət Materials 25 Dekabr 2012 11:12 (UTC +04:00)
“Təmiz Şəhər” ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində həyata keçirilən “Təmiz Qala” tullantıların çeşidlənməsi layihəsinin maarifləndirmə proqramı çərçivəsində sentyabr–dekabr ayları ərzində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirmişdir.
“Təmiz Şəhər” ASC maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

"Təmiz Şəhər" ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində həyata keçirilən "Təmiz Qala" tullantıların çeşidlənməsi layihəsinin maarifləndirmə proqramı çərçivəsində sentyabr-dekabr ayları ərzində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirmişdir.

"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində Qala qəsəbəsinin məktəbliləri arasında makulaturanın yığılması üzrə yarış keçirilmişdir. Bu aksiyanın keçirilməsində əsas məqsəd məktəbliləri istifadə edilmiş və artıq tullantı olan məhsulların yenidən istifadəyə yönəldilməsində birbaşa iştirakını təmin etməklə onlarda "yaşıl düşüncə" tərzinin formalaşdırılmasıdır.

Aksiya çərçivəsində orta məktəb şagirdləri istifadə olunmuş və lazımsız dəftər, albom, kitab və digər lazımsız kağız məmulatlarını toplayaraq "Təmiz Şəhər" ASC-yə təhvil vermişlər. Ən çox makulatura toplayan məktəblilər sertifikat və hədiyyələrlə təltif olunmuşlar. Aksiya nəticəsində 5 tona yaxın makulatura toplanmış və təkrar emala yönləndirilmişdir.

Məlumat üçün bildirək ki, 1 ton kağızın istehsalı üçün orta hesabla 16 ağac kəsilir. Təkrar emalda isə kağız və karton istehsalında kağız tullantılardan və ya yararsız kağızlardan istifadə edilir və ağacların kəsilməsinin qarşısı alınır. Aksiya "Eko-real" MMC-nin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.
Həmçinin "Təmiz Şəhər" ASC ali təhsil müəssisələrində ekoloji təlim-tərbiyə tədbirlərini davam etdirir. Dekabr ayında Azərbaycan Dövlət Neft Akademiyasının "Dağ-mədən mühəndisliyi" ixtisasında və "Tempus" proqramında təhsil alan tələbələrinə mühazirələr oxunmuşdur. Tələbələrə "Təmiz Şəhər" ASC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr və yenicə istifadəyə verilmiş bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları haqqında ətraflı məlumat verilmişdir. Mühazirələr tələbələr arasında böyük marağa səbəb olmuş və bu cür mühazirələrin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

"Təmiz Şəhər" ASC ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədi ilə maarifləndirmə tədbirlərini davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti