...

Dekabrın 30-dan Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq

Cəmiyyət Materials 28 Dekabr 2012 13:02 (UTC +04:00)
Dekabrın 29-da Azərbaycan ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 30-da şimal küləyinin güclənəcəyi, axşama doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Dekabrın 30-dan Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 29-da Azərbaycan ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 30-da şimal küləyinin güclənəcəyi, axşama doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 6-11dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti