...

İstanbulda əlverişsiz hava şəraiti üzündən dəniz reysləri təxirə salınıb

Cəmiyyət Materials 8 Yanvar 2013 10:20 (UTC +04:00)
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən bütün dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Haber 7" qəzeti xəbər yayıb.
İstanbulda əlverişsiz hava şəraiti üzündən dəniz reysləri təxirə salınıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Tağıyeva/

İstanbulda əlverişsiz hava şəraiti səbəbindən bütün dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Haber 7" qəzeti xəbər yayıb.

Məlumata görə, əgər hava şəraiti yaxşılaşmazsa, dəniz reysləri sabah da təxirə salına bilər.

Dünəndən Türkiyə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Sinoptiklər İstanbulda və ölkənin bir çox vilayətlərində güclü qarın davam edəcəyini proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti