...

Bu il qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbənin tikintisi nəzərdə tutulub

Cəmiyyət Materials 11 Yanvar 2013 11:09 (UTC +04:00)
2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq.
Bu il qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbənin tikintisi nəzərdə tutulub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, bu il görüləcək işlər üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

"Gəncə şəhərində artıq tikintisinə başlanılan 1500 mənzildən ibarət 25 beşmərtəbəli binadan ibarət şəhərcik, Bərdədə əvvəllər çadır şəhərciyi salınan yerdə 866 mənzildən ibarət 15 beşmərtəbəli bina tikilir", - Həsənov deyib və qeyd edib ki, həmçinin Abşeronda, İmişlidə, Qaradağda, İsmayıllı, Balakən və Qəbələ də belə binalar tikiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti