...

Bakı sakinlərinin nəzərinə: qənd alarkən diqqətli olun (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2013 17:22 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Abbasov küçəsi, 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Bakı sakinlərinin nəzərinə: qənd alarkən diqqətli olun (FOTO)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Abbasov küçəsi, 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə sanitariya norma və qaydalara uyğun gəlmədən, natəmiz şəraitdə, məhsul üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan rafinə edilmiş, preslənmiş qənd istehsal olunur. İstehsal olunan məhsulun təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikat yoxdur ki, bu da "Yeyinti məhsulları haqqında" qanunun tələblərinə uyğun deyil.

Məhsulun markalanması ГОСТ 22-94 (3.5.1) standartına uyğun aparılmır. İstehsalda istismar olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanuna zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, xammalların və hazır məhsulların saxlandığı anbar da sanitariya normalarına cavab vermir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti