...

Azərbaycanda veteranlara qayğı ilə bağlı yenilik

Cəmiyyət Materials 14 Fevral 2013 12:46 (UTC +04:00)
Milli Məclisin Sosial siyasət komitəsindən Trend-ə bildirilib ki, bu barədə məsələ parlamentin fevral ayı ərzində keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycanda veteranlara qayğı ilə bağlı yenilik

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda veteranlara sosial xidmət göstəriləcək.

Milli Məclisin Sosial siyasət komitəsindən Trend-ə bildirilib ki, bu barədə məsələ parlamentin fevral ayı ərzində keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bununla bağlı "Veteranlar haqqında" qanun "Sosial xidmət haqqında" qanuna uyğunlaşdırılaraq həmin qanuna yeni maddə əlavə olunacaq.

Qanuna əlavə olunacaq maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edir.

Maddədə xüsusi bəndlə göstərilir ki, veteranlara "Sosial xidmət haqqında" qanuna uyğun olaraq xidmət göstəriləcək.

Qeyd edək ki, Azərbaycanda ötən il qəbul olunan "Sosial xidmət haqqında" qanunla əhalinin sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət fəaliyyət həyata keçirləcək.

"Veteranlar haqqında" qanun isə müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycanda dövlət siyasətinin əsaslarını özündə təsbit edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti