Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/
Bu il Azərbaycanda 5 minə yaxın tibb işçisinin qan verməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev deyib.
Onun sözlərinə görə, bu, 2013-cü ildə tədarük olunacaq qanın 1/3 hissəsini təşkil edəcək.
Əliyev deyib ki, ötən il 25,9 ton qan tədarük edilib.
İnstitut direktoru hazırda Azərbaycanda qan tədarükü ilə bağlı heç bir problemin olmadığını da nəzərə çatdırıb.
O qeyd edib ki, ölkədə kifayət qədər qan ehtiyatı var.