...

AMEA Azərbaycan dilində yeni klaviatura hazırlayıb

Cəmiyyət Materials 14 Fevral 2013 13:58 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviaturanın yeni düzülüşünü patentləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMEA-nin məlumatında deyilir.
AMEA Azərbaycan dilində yeni klaviatura hazırlayıb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviaturanın yeni düzülüşünü patentləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMEA-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, yeni klaviaturada hərflər əlifba sırası ilə düzüləcək. Tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşınlarının əsasında yaradılıb.

Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.

Yeni klaviatura vizual görünüşcə hazırda istifadə etdiyimiz klaviaturalardan fərqlənməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti