...

Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətləri qarşısında yeni tələblər

Cəmiyyət Materials 16 Fevral 2013 11:23 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, Süleymanova tədbirdə bir sıra səmərəli təkliflər səsləndirib.
Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətləri qarşısında yeni tələblər

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətləri ildə iki dəfə vəzifələrinin icrası ilə bağlı Ombudsmana hesabat verilməsi təklif olunub. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova informasiya sahibi olan dövlət qurumlarının mətbuat xidmətləri rəhbərləri ilə keçirdiyi müzakirələr zamanı təklif edib.

Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, Süleymanova tədbirdə bir sıra səmərəli təkliflər səsləndirib.

İldə iki dəfə keçirilən monitorinqin nəticəsi kimi, informasiya sahibi olan dövlət qurumlarının sözügedən qanunda nəzərdə tutulmuş vəzifələrin icrası üzrə vahid formada arayışlarının Müvəkkilin ünvanına göndərilməsi, təhlil edilərək ümumiləşdirilməsi və Ombudsmanın internet səhifəsində yerləşdirilməsi, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi bu təkliflər sırasındadır.

Eyni zamanda informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələri əməkdaşları tərəfindən adı çəkilən qanunun dərindən öyrənilməsi və tətbiqi, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi, elektron məlumat toplusunun (reyestrin) yaradılması, mətbuat xidmətlərinin əməkdaşları, KİV nümayəndələri və ümumən əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə, təbliğat işi aparılması, bölgələrdə əhalinin məlumatlandırılması üçün "Açıq qapı" tədbirləri praktikasının genişləndirilməsi, əməkdaşlığın əlaqəli, canlı şəbəkə şəklində qurulması, KİV nümayəndələrinin peşəkarlığının yüksəldilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsinə diqqətin artırılması və s. təkliflər bu qəbildəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti