...

Elşad İskəndərov: Dini radikalizm və ekstremizm terrorculuq üçün əsas bazalardan birinə çevirilib

Cəmiyyət Materials 18 Mart 2013 12:07 (UTC +04:00)
Dini radikalizm və ekstremizm terrorculuq üçün əsas bazalardan birinə çevirilib.
Elşad İskəndərov: Dini radikalizm və ekstremizm terrorculuq üçün əsas bazalardan birinə çevirilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Mehdiyev/

Dini radikalizm və ekstremizm terrorculuq üçün əsas bazalardan birinə çevirilib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov "Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Terrorçuların qurbanlarına yazığı gəlmir. İnsanlar onların dar çərçivədə anlayışlarına görə, onlara düşmən sayılırlar. Digər tərəfdən, radikallar hətta özlərini qurban verməklə nə özlərinin, nə də ətrafdakıların həyatlarına qəsd etməkdən çəkinmirlər", - İsgəndərov deyib.

Onun sözlərinə görə, statistika göstərir ki, ideoloji yanaşma suallar doğurur, terror qruplaşmalarının əksəriyyəti dini baxımdan motivləşsələr də, əslində dini zəmində törədilən terror aktları azlıq təşkil edir.

"Məsələ göründüyü kimi sadə deyil, hər şeyi dini motivlərlə əlaqələndirmək yanlış nəticələrə gətirir, amma digər tərəfdən etiraf etmək lazımdır ki, dini pərdə altında radikalizm və ekstremizm cəmiyyət üçün təhlükə daşıyır. Gələcəkdə onlar terrorizmin yayılmasına zəmin yaradır", - komitə sədri deyib.

O, məsələlərin nəticəsi ilə deyil, kökü ilə mübarizə aparmağın lazim olduğunu deyib. Onun sözlərinə görə, burada beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti