...

Azərbaycanın turizm şirkətlərini narazı salan “Türk Hava Yolları” qarşı tərəfə təkliflərini yaxın vaxtlarda açıqlayacaq

Cəmiyyət Materials 1 Aprel 2013 11:34 (UTC +04:00)
Əməkdaşlıq etdiyi Azərbaycan turizm şirkətləri üçün komissiya haqlarının ödənilməsindən imtina edən “Türk Hava Yolları” gələcəkdə qarşı tərəflə hansı formada əməkdaşlıq qurmaq istəməsi ilə bağlı təkliflərini yaxın vaxtlarda açıqlayacaq.
Azərbaycanın turizm şirkətlərini narazı salan “Türk Hava Yolları” qarşı tərəfə təkliflərini yaxın vaxtlarda açıqlayacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Əməkdaşlıq etdiyi Azərbaycan turizm şirkətləri üçün komissiya haqlarının ödənilməsindən imtina edən "Türk Hava Yolları" gələcəkdə qarşı tərəflə hansı formada əməkdaşlıq qurmaq istəməsi ilə bağlı təkliflərini yaxın vaxtlarda açıqlayacaq.

Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov Trend-ə bildirib ki, yerli turizm şirkətləri komissiya haqlarının verilməməsindən narazı qaldıqları üçün "Türk Hava Yolları"nın Türkiyədə yerləşən baş ofisinin nümayəndələri bu yaxınlarda ölkəmizə gələrək məsələni müzakirə etmək üçün görüş keçiriblər.

Müzakirələrin hazırda da davam etdiyini deyən Bağırovun sözlərinə görə, "Türk Hava Yolları" Azərbaycan şirkətləri ilə gələcək əməkdaşlığını hansı formada qurmaq istəməsi barədə təkliflər verməlidir.

Bağırovun sözlərinə görə, əsas istəkləri "Türk Hava Yolları"nın yerli turizm şirkətləri üçün komissiya haqların verilməsini bərpa etməkdir.

O, bu məsələ ilə bağlı aparılan danışıqların sonunda şirkətləri razı salan qərarın veriləcəyi qənaətində olduğunu da söyləyib.

Bağırovun sözlərinə görə, ancaq hazırda yeganə problem yalnız komissiya haqların verilməsinin bərpası deyil.

"Başqa problemlər də var. Ona görə də danışıqlarda belə qərar alındı ki, "Türk Hava Yolları" ölkədəki şirkətlərlə gələcək əməkdaşlığını necə qurması, müqavilənin necə olacağı, şirkətlərə hansı üstünlük verəcəyi, hansı bonus proqramlarını təklif edəcəyi ilə bağlı təkliflər verməlidir. Buna görə də biz indi "Türk Hava Yolları"nın təkliflərini gözləyirik"-Bağirov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti