...

Azərbaycanda “halal” qida standartlarına keçidlə bağlı təlimlər keçiriləcək

Cəmiyyət Materials 2 Aprel 2013 13:04 (UTC +04:00)
SMPDK-nın Təcrübə-Sınaq Mərkəzi (AzTEST) “halal” qida standartlarının müəssisələrdə tətbiqi ilə bağlı təlimlər keçirəcək.
Azərbaycanda “halal” qida standartlarına keçidlə bağlı təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

SMPDK-nın Təcrübə-Sınaq Mərkəzi (AzTEST) "halal" qida standartlarının müəssisələrdə tətbiqi ilə bağlı təlimlər keçirəcək.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) "halal" qida standartlarının tətbiqi ilə bağlı təlimlərə start verib.

Müəssisələr üçün keçiriləcək ilk təlimlər cari ilin 17-19 aprel tarixlərində Bakı şəhərində planlaşdırılıb.

Təlimlərə Türkiyənin Səlcuq Universitetinin Qida mühəndisliyi bölməsinin ət məhsulları üzrə təcrübəli mütəxəssisi prof. Dok. Mustafa Karakaya dəvət edilib. Əsas mövzu Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş AZS 731- 2012 ( OİC\SMİİC1:2011) "Halal qida. Ümumi tələblər" və AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanılması və satışı üzrə ümumi tələblər" dövlət standartlarının tələblərinin öyrənilməsi və müəssisələrdə tətbiqi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti