...

Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər üçün hazırlıq kursları təşkil ediləcək

Cəmiyyət Materials 9 Aprel 2013 16:36 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu davam edir və namizədlər ilkin hazırlıq kursuna dəvət olunurlar.
Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlər üçün hazırlıq kursları təşkil ediləcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu davam edir və namizədlər ilkin hazırlıq kursuna dəvət olunurlar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, 2013-cü ilin fevral ayının 15-dən etibarən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə ilə bağlı ərizələrin qəbulu davam edir.

Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Əlavə məlumatı nazirliyin internet səhifəsindən, eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə Müsabiqə Komissiyası onlar üçün Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursu təşkil edir.

Aprel ayının ikinci yarısından etibarən başlanılacaq kursun tədris proqramı əvvəlki imtahanların təcrübəsi və namizədlər üçün zəruri olan sahələr nəzərə alınmaqla hazırlanıb.

Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) və ya nazirliyin Kadrlar idarəsində qəbul olunur.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti