...

Türkiyədə uçuşlar silahlı polislə müşayiət olunacaq

Cəmiyyət Materials 15 Aprel 2013 12:52 (UTC +04:00)
Türkiyədə uçuşlar silahlı polislə müşayiət olunacaq.
Türkiyədə uçuşlar silahlı polislə müşayiət olunacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə uçuşlar silahlı polislə müşayiət olunacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti ölkənin Türkiyə Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat verir.
Məlumata əsasən, uçuşların silahlı polislə müşayiət olunması "Mülki Aviasiya haqqında" qanuna edilən dəyişiklikdən sonra qüvvəyə minəcək.

Yeni qəbul ediləcək qanuna əsasən, hər hansı bir sübhə doğuran sərnişin, ümumiyyətlə təyyarəyə mindirilməyəcək.
Qanun layihəsinə əsasən, havada meydana gələn hər hansı təhlükə zamanı Hərbi Hava Qüvvələrinin məsələyə müdaxilə etmək imkanı olacaq.

Hansı uçuşların silahlı polislə müşayiət olunmasına gəlincə isə buna Mülki Aviasiya Baş İdarəsi, XİN, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) qərar verəcək.

Uçuş zamanı yaranan təhlükənin qarşısının alınması üçün silah istifadəsinə isə, uşuçu müşayiət edən polis məmuru qərar verəcək. Silah istifadəsi zamanı meydana gələn hər hansı bir texniki problem isə hava yolları tərəfindən ödəniləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti