...

Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq istəyən abituriyentlər üçün sənəd qəbuluna başlanılır

Cəmiyyət Materials 23 Aprel 2013 13:21 (UTC +04:00)
Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq istəyən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri tələb olunan sənədləri mayın 1-dən 21-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etməlidirlər.
Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq istəyən abituriyentlər üçün sənəd qəbuluna başlanılır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq istəyən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri tələb olunan sənədləri mayın 1-dən 21-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etməlidirlər.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, "Təhsil haqqında" qanunu 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə ümumi qaydada təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surətini, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) TQDK və və ya onun regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş siyahıda abituriyentlər 30 dünya fənn olimpiadala, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibi olduqda ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilərlər:

1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.

3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

7. "Bravo" beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

8. Gənc pianoçuların "Stupen k masterstvu" beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

15. Caz musiqi festivalı (Montre, İsveçrə).

16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

17. "Şabıt" Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

19. "Eurovision" estrada mahnı müsabiqəsi.

20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

27. Skripkaçıların "Premio Paqanini" adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).

28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti